Səfir: Qənirə Paşayevanın vaxtsız ölümü məni kədərləndirdi

Səfir: Qənirə Paşayevanın vaxtsız ölümü məni kədərləndirdi
SOSİAL

Baxış: 186 \ Tarix: 29-09-2023, 10:45

Mətn ölçüsü

"Millət vəkili Qənirə Paşayevanın vaxtsız ölümü məni kədərləndirdi". 

News24.az xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld X-də yazıb. 

"Qənirə xanımın uğur hekayəsi ölkədə bir çox qadın üçün müsbət nümünə idi. O həm də, səfirliyimizin dostu idi. Onun yaxınlarına baş sağlığı diləyirəm, allah rəhmət etsin", - diplomat başsağlığı verib.