Bu gün Bakının küçə və prospektləri yuyulub
    • 30-09-2023, 17:33
    • 225

Bu gün Bakının küçə və prospektləri yuyulub

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə sentyabrın 30-da paytaxtda payız mövsümünün gəlişi, təmizlik və abadlıqla bağlı növbəti daxili iməcilik keçirilib.

New24.az  xəbər verir ki, bu haqda qurumun Mətbuat Xidmətindən məlumat verilib. Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 547 əsas küçə və prospektlərin, həmçinin qəsəbələrdəki yolların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması təmin edilib və eyni zamanda didər təmizlik və abadlıq işləri həyata keçirilib.

Paytaxtın bütün rayonlarını əhatə edən beləi iməcliklər Bakı şəhərinin daha da gözəlləşməsinə böyük töhfədir.