Sosial yardımın verilməsində yeniliklərə ehtiyac var - Siyavuş Novruzov
    • 2-10-2023, 12:20
    • 403

Sosial yardımın verilməsində yeniliklərə ehtiyac var - Siyavuş Novruzov

Təkcə Bakıda deyil, yeni zamanda regionlarda da ipoteka şərtlərini  tətbiq etməliyik. 

News24.az  xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruz deyib. 

 “Şərtlər Bakı və region üçün eynidir. Gənclərin regionda evlənməsini, qalıb orada işləməsini istəyiriksə, qaydalar da dəyişməlidir. Çünki regionda olan əməkhaqlarının məbləğini də bilirik. Ona görə də region üçün ipoteka şərtləri asanlaşdırılmalıdır”.

Deputat ünvanlı sosial yardımın verilməsi sahəsində olan boşluqlara da toxunub:

"15 ildir ki, ünvanlı sosial yardım üçün büdcədən pul ayrılır, lakin hələ də tam olaraq yardımın effektini ortaya çıxaran yoxdur. Sosial yardımın verilməsində yeniliklərə ehtiyac var. Bəzən deyilir ki, torpağın var, maşının var və sənə düşmür. Ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olmalıdır ki, daha effektiv olsun".

Millət vəkili Seçki Məcəlləsində də dəyişiklik edilməsini təklif edib. 

Siyavuş Novruz ali təhsil sahəsində də çatışmazlıqların olduğunu və bu sahədəki problemlərin aradan qaldırılması üçün qanun layihəsinə yenidən baxılmasına da diqqət çəkib.

Qumral