-
- 2-10-2023, 15:53
- 297
Rəqabət Məcəlləsi birinci oxunuşda QƏBUL EDİLDİ
Rəqabət Məcəlləsi uzun illərdən sonra Milli Məclisdə müzakirəyə çıxarılıb.
News24.az xəbər verir ki, parlamentin iclasında “Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirə olunub. Layihəni Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.
“Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmayıb.