Bəxtiyar Hacıyev barədə məhkəmədən yeni QƏRAR
    • 2-10-2023, 19:52
    • 637

Bəxtiyar Hacıyev barədə məhkəmədən yeni QƏRAR

Xətai rayon məhkəməsində xuliqanlıqda təqsirləndirilərək həbs edilən ictimai fəal Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılması ilə bağlı növbəti təqdimata baxılıb.  

News24.az-ın məlumatına görə, prosesdə  prokuror iş üzrə ibtidai istintaq hərəkətlərinin davam etdiyini əsas gətirərək seçilmiş qətimkan tədbiri müddətinin uzadılmasını istəyib.

Məhkəmə təqdimatı təmin edib. Qərara görə, B.Hacıyevin həbsdə saxlama müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1(məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur.

Samir Əli