-
- 3-10-2023, 10:47
- 342
DİN yayılan video ilə bağlı araşdırmalara BAŞLADI
Daxili İşlər Nazirliyi Azərbaycanda magistral yola maneə atmaqla sürücülərə təhlükə yaradan şəxslərlərin müəyyən edilməsi ilə bağlı araşdırmalara başlayıb.
Nazirliyin bölmə rəisi Zeyni Hüseynov News24.az-a bildirib ki, sosial şəbəkələrdə yayılan video ilə bağlı məsələ nəzarətə götürülüb: "Yayılan görüntülərdən məlumatlıyıq. Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq".
Xatırladaq ki, sosial şəbəkələrdə bir qrup şəxsin Azərbaycanda magistral yola hündürlükdən maneə atmaqla avtomobillərə real təhlükə yaratması ilə bağlı video yayılıb.
Samir Əli