Putinin Ermənistanda həbs edilməsinə Kremldən REAKSİYA
    • 3-10-2023, 17:04
    • 448

Putinin Ermənistanda həbs edilməsinə Kremldən REAKSİYA

"Rusiya prezident Vladimir Putinin Ermənistana səfərini heç vaxt istisna etməsi üçün heç bir səbəbin olmasını istəməz".

News24.az "Lenta.ru"-ya istinadən xəbər verir ki,  bunu Kremlin sözçüsü Dmitri Peskov Ermənistanın Roma Əsasnaməsinin ratifikasiya etməsinə münasibət bildirən zaman deyib. 

Qeyd edək ki, Ermənistan Roma Statutuna qoşulduqda BCM-in çıxardığı qərarlar ölkə tərəfindən də icra olunmalı olacaq. İrəvan bu barədə niyyətini bəyan etdikdə Rusiya XİN açıqlama yayaraq Ermənistanın bu qərarının qəbuledilməz olduğunu bildirib. Belə ki, Beynəlxalq Cinayət Məhkəməsi mart ayında Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib. Putin Ermənistana səfər edərsə, Roma Statutuna əsasən, bu ölkədə həbs olunmalıdır.

Qumral