-
- 4-10-2023, 17:28
- 219
Qadın 80 il beynində iynə ilə YAŞADI
Saxalin sakininin müayinə zamanı beynində iynə aşkar edilib.
News24.az xəbər verir ki, bu barədə Saxalin Səhiyyə Nazirliyi məlumat yayıb.
Həkimlər bildiriblər ki, 80 yaşlı qadın buna baxmayaraq bütün ömrünü baş ağrısı olmadan keçirib.
Həkimlər onun beynindən iynəni çıxarmayıblar, çünki bu, yaşlı qadının vəziyyətinə mənfi təsir göstərə bilər.
Ehtimal olunur ki, bunu onun valideynləri edib və “çətin müharibə dövrünü” nəzərə alaraq onu öldürməyə cəhd ediblər.
Aynurə