Ukrayna Krıma desant çıxardı - VİDEO
    • 4-10-2023, 17:44
    • 301

Ukrayna Krıma desant çıxardı - VİDEO

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) xüsusi təyinatlıları Krım ərazisinə eniblər, rusları atəşə tutublar.

News24.az Unian-a istinadla xəbər verir ki, bu barədə GUR məlumat yayıb.

“Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı dəstəsinin tərkibində “Stuqna” və “Qardaşlıq” xüsusi təyinatlıları Krım yarımadasının ərazisinə enib və rusları atəşə tutublar! Krım Ukraynanın olacaq!” – məlumatda deyilir.

Yayılan videoda Krıma enişin qayıqlarla həyata keçirildiyi görünür. Videoda döyüşçülərdən biri deyib: “Moskva vilayətinin Baş Kəşfiyyat İdarəsi Krıma növbəti eniş edib, Krım Ukraynanın olacaq, ya da boş olacaq”.

Akqabay