Ədəbiyyat üzrə Nobel Mükafatının - qalibi bəlli olub

Ədəbiyyat üzrə Nobel Mükafatının - qalibi bəlli olub Mədəniyyət

2023-cü il Ədəbiyyat üzrə Nobel mükafatı norveçli dramaturq Jun Fosseyə verilib.

News24.az xəbər verir ki, bu barədə Nobel Komitəsi X (Twitter) səhifəsində məlumat yayıb. 

Komitə qeyd edib ki, mükafat yazıçıya “innovativ pyeslərinə və ifadə olunmayanı ifadə edən nəsrinə” görə verilib.

Fossenin yazıçılıq debütü 1983-cü ildə "Qırmızı, Qara" romanı ilə baş verib, ilk pyesi "Və biz heç vaxt ayrılmayacağıq" (1994) olub. Fosse həmçinin Müqəddəs Kitabın standart norveç dilinə ilk tərcüməsi kimi tanınır.

Ayşən