-
- 5-10-2023, 18:05
- 550
İrandan “Zəngəzur dəhlizi” ilə bağlı SƏRSƏM BƏYANAT
“Zəngəzur dəhlizi”nin yaradılması regiondankənar hərbi qüvvələrin müdaxiləsi üçün zəmin yaradacaq və bu strateji regionda yeni böhranlara səbəb olacaq.
News24.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının (MTŞ) katibi Əli-Əkbər Əhmədian Azərbaycan prezidentinin xüsusi işlər üzrə nümayəndəsi Xələf Xələfovla görüşündə bildirib.
Bu barədə yerli informasiya agentliyi "Mehr" məlumat yayıb.
Əli-Əkbər Əhmədianın sözlərinə görə, "Zəngəzur dəhlizi" məsələsi regionda geosiyasi dəyişikliklərə səbəb ola, həm də xarici dövlətlərin müdaxiləsi üçün zəmin yarada bilər. Və təbii ki, bu hərəkətlər strateji bölgə olan bu bölgədə yeni böhranlara səbəb olacaq.
Əhmədian həmçinin bildirib ki, İran İslam Respublikası regionun geosiyasətində dəyişikliyə səbəb olacaq hər hansı planın qəti əleyhinədir.
Qumral