-
- 5-10-2023, 21:14
- 493
Sülhməramlılar Qarabağdakı postlarını LƏĞV ETDİLƏR
Rusiya sülhməramlıları Dağlıq Qarabağda tərəflərin keçmiş təmas xətti boyunca Əsgəran, Mardakert və Şuşa rayonlarında müvəqqəti müşahidə məntəqələrini bağlayıblar.
News24.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Bakı və Xankəndi ilə qan tökülməsinin qarşısının alınmasına, təhlükəsizliyin təmin edilməsinə və mülki əhaliyə münasibətdə humanitar qanunlara riayət olunmasına yönəlmiş davamlı qarşılıqlı əlaqə saxlanılır. Əsgəran, Mardakert və Şuşa rayonlarında tərəflər arasında keçmiş xətt boyunca müvəqqəti müşahidə məntəqələrinin sökülməsi başa çatıb”. Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.