-
- 6-10-2023, 15:41
- 1 057
Aktrisa Zarina Qurbanova atasının HƏBS XƏBƏRİNDƏN DANIŞDI
Tanınmış aktrisa Zarina Qurbanova atası Şahid Qurbanovun həbs edilməsi ilə bağlı xəbərlərlə münasibət bildirib.
News24.az xəbər verir ki, aktrisa Prvada.az-a açıqlamasında deyib ki, yayılan məlumatlar yanlışdır.
O, atasının hazırda azadlıqda olub-olmadığı barədə suala isə belə cavab verib: “Əlbəttə, yanlış məlumatdır, sadəcə bunu deyə bilərəm...”
Qeyd: Mətbuatda "Sosial Adaptasiyanın İnkişafına Yardım" İctmai Birliyinin sədri Şahid Qurbanovun həbs olunması, barəsində Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittihamı irəli sürülməsi, çoxsaylı vətəndaşların etibarından sui-istifadə edərək onlara müxtəlif vədlər verməsi, küllü miqdarda pul vəsaiti ələ keçirməsi haqda məlumatlar yayılıb.
Xatırladıq ki, aktrisa Z.Qurbanova atasına qəlbən küs olduğunu, “atam olub, amma olmayıb, atalığı ancaq anamda görmüşəm...” sözlərini demişdi.