Robert Koçaryan həbs olunacaq
    • 27-07-2018, 10:51
    • 1 624

Robert Koçaryan həbs olunacaq

Ermənistanda 2008-ci il martın 1-də 10 nəfərin ölümü ilə nəticələnən etiraz aksiyaların dağıdılmasına dair cinayət işi çərçivəsində sabiq prezident  Robert Koçaryana qarşı konstitusion quruluşun devirməsi ittihamı irəli sürülüb. Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar artıq məhkəməyə vəsatət təqdim edilib.

News24.az bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin məlumatına əsasən xəbər verir.  

 
Xəbər verdiyimiz kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov da Ermənistan Xüsusi İstintaq Xidməti tərəfindən dindirilib.

İlhamə