Novruzu dənizdə keçirənlər - VİDEO
    • 21-03-2019, 00:12
    • 849

Novruzu dənizdə keçirənlər - VİDEO

Gəmidə də bayrama əvvəldən hazırlıqlar başlayır. 

Hər yer səliqə-səhmana salınır, səməni qoyulur, bayram günü süfrəyə dadlı nemətlər düzülür və s.

Bu gün harada olmaqlarından, hansı ölkənin ərazisində üzməklərindən asılı olmayaraq onlar da Novruzu öz gəmilərində, doğma heyətləri ilə birgə qeyd edirlər.

News24.az-ın Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə istinadən yayımladığı videoda dənizçilərin bayram münasibətilə təbrikləri yer alıb.