"Avroviziya" təmsilçimiz İsraildən Bakıya qayıdır
    • 9-10-2023, 08:05
    • 271

"Avroviziya" təmsilçimiz İsraildən Bakıya qayıdır

Tel-Əvivə konsertə gedən və sığınacağa yerləşməyə məcbur qalan  "Avroviziya" təmsilçimiz Samirə Əfəndi İstanbula qayıdıb.

News24.az xəbər verir ki, müğənni sosial şəbəkədə ailəsi ilə birlikdə İsraili tərk etdiyini və Bakıya dönmək üçün yola çıxdığını bildirib. 

Qeyd edək ki, müğənni ötən gün canlı yayım açaraq kömək istəmişdi: 

“Ürəklərində mərhəmət yoxdur. Qız almandır, İsraildə yaşayır. Konsertə də gəlmişdi, əsir düşüb. Burada qəribə hadisələr olur. Küçədə ciddi yoxlanış var. Hava limanında elə hadisələr baş verir ki… Neçə dəfə uçuş təxirə salındı. Biletlərin qiyməti bahalaşdı. Nəsə baş versə, video çəkib paylaşacağam”.