HƏMAS və İsrail arasında danışıqlar BAŞLADI
    • 9-10-2023, 13:12
    • 405

HƏMAS və İsrail arasında danışıqlar BAŞLADI

Qətərin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında əsir mübadiləsinə dair danışıqlar gedir.

News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Çin dövlət xəbər agentliyi “Sinxua” HƏMAS qruplaşmasındakı mənbəyə istinadla bildirib.

“Qətər ABŞ-ın dəstəyi ilə HƏMAS tərəfindən əsir götürülən israilli qadınların İsrail həbsxanalarında saxlanılan fələstinli qadın məhbusların müqabilində azad edilməsinə səbəb olacaq təcili razılaşma əldə etməyə çalışır”, - məlumatda deyilir.

Məlumatla bağlı İsrail tərəfindən heç bir şərh yoxdur.

Çin agentliyi qeyd edir ki, hazırda İsrail həbsxanalarında saxlanılan 36 fələstinli qadın var.