-
- 22-03-2019, 10:26
- 2 145
İrem Derici ikinci dəfə Bakı konsertinə gəlmədi
Türk müğənnisi İrem Dericinin Bakı konserti ləğv olub.
Bu haqda News24.az-a təşkilatçı Vüqar Azəroğlu məlumat verib.
V. Azəroğlu bildirirb ki, konsertin ləğv olunmasının əsas səbəbi türkiyəli menecerlərin işə məsuliyyətsiz yanaşması olub. Vurğulayıb ki, gecə saatlarında ifaçı və onun komandasının təyyarə biletlərini bir neçə dəfə dəyişdirilib. Bu səbəbdən də ziyana uğrayıblar.
Təşkilatçı həmçinin bildirib ki, saat 13:00-da paytaxtımıza gəlməli olan müğənni və komandası təyyarəyə gecikib. Türkiyəli menecerlər isə təklif olunan bütün alternativ təkliflərdən imtina edib.
Qeyd edək ki, bu İremin paytaxtımızda təxirə düşən ikinci konsertidir. Müğənninin ötən il də martın 21-i "Crystal Hall"da baş tutmalı olan konserti müəyyən səbəblərdən təxirə düşmüşdü.
Teymur MƏMMƏDOV