İsraildən Qəzza ilə bağlı təcili əmr: nəticəsi necə olacaq?
    • 10-10-2023, 10:48
    • 374

İsraildən Qəzza ilə bağlı təcili əmr: nəticəsi necə olacaq?

İsrailin müdafiə naziri Yoav Gallant Qəzzanın tam mühasirəyə alınmasını əmr edib.

News24.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Onun sözlərinə görə, oradakı fələstinlilərin elektrik enerjisi, qida və yanacağa çıxışı olmayacaq.

HƏMAS döyüşçüləri İsrailin cənub bölgələrinə sızdıqdan sonra ərazi fasiləsiz bombardmana məruz qalıb və yüzlərlə fələstinli və israilli həlak olub.

HƏMAS bildirir ki, bu hücum Qəzzanın 70 ildən çox işğalına və 15 illik blokadasına cavabdır. İsrail rəsmi şəkildə müharibə elan etməklə cavab verib. Bu, son onilliklərin ən ciddi eskalasiyasıdır.

İsrail-Fələstin münaqişəsi on minlərlə insanın həyatına son qoyub və milyonlarla insanı köçkün vəziyyətinə salıb və kökləri bir əsrdən çox əvvəl həyata keçirilən müstəmləkəçilik aktından qaynaqlanır.

Fələstinin silahlı HƏMAS qruplaşmasının oktyabrın 7-də misli görünməmiş hücumundan sonra İsrailin Qəzza zolağına müharibə elan etməsi ilə dünyanın nəzərləri yenidən bundan sonra nələrin baş verə biləcəyinə kəskin şəkildə yönəlib.

HƏMAS döyüşçüləri İsrailin cənubundakı bir çox şəhərə hücumlar zamanı 900-dən çox israillini öldürüb. Buna cavab olaraq İsrail Qəzza zolağında bombardman kampaniyasına başlayıb və nəticədə 700-dən çox fələstinli həlak olub.

İsrail ordusu Qəzzanın parlamenti və mülki nazirliklərinin HƏMAS-a qarşı hücumunda qanuni hədəflər olduğunu bildirib.

Akqabay