Hülya Afşara cəza verilə bilər
    • 27-07-2018, 11:17
    • 935

Hülya Afşara cəza verilə bilər

Məşhur aktrisa ötən günlərdə Balıkesirdə istirahət etdiyi zaman maraqlı videoya çəkilib. 

News24.az xəbər verir ki, həmin video sosial şəbəkələrdə maraqla izlənilib. Amma dövlət məmurları tərəfindən bu addım birmənalı qarşılanmayıb. Yolu təhlükəli vəziyyətə gətirib-gətirməməsini nəzərə alaraq, məmur Gökhan Görgülüarslan araşdırma təlimatı verib. 


Əgər avtomabil sürücüsüz vəziyyətdə idarə olunubsa, Hülya Afşara cəza veriləcək. Aktrisa 235 tl pul cərimə ödəyəcək. Əlavə olaraq cəza verilərsə, polis nəzarətində Ayvalık Dövlət Xəstəxanasına yoxlanışa gətiriləcək. 


Qeyd edək ki, həmin videoda sevilən aktrisa avtomobilini işlək vəziyyətdə qoyaraq yerə düşüb və rəqs edib. Yol yoxuşlu olduğu üçün maşının sürəti artıb. Hülya isə maşınına minə bilməyib. 

Elvin Nüsrətoğlu