Xərçəng xəstəliyinə yenidən yoluxan aktrisadan MÜRACİƏT - FOTO
    • 10-10-2023, 12:48
    • 385

Xərçəng xəstəliyinə yenidən yoluxan aktrisadan MÜRACİƏT - FOTO

3 dəfə məğlub etdiyi xərçəng xəstəliyinə yenidən yoluxan aktrisa Bahar Öztan xəstəxana otağından paylaşım edib. 

News24.az olay-a istinadən xəbər verir ki, müalicəsi davam edən məşhur sevdiklərindən dualar istəyib.

"Hər kəsə salamlar və sevgilər. Uzun müddətdir ki, sizə yaza bilmirəm. Dünən İstanbulda xəstəxanaya gəldim. Dəyərli həkimlər gələn həftə əməliyyat olunmağımla bağlı qərar verdilər. Hər zaman olduğu kimi, dualarınıza və sevginizə ehtiyacım var" - deyə aktrisa bildirib.