İsrail beş cəbhədə müharibə ilə üz-üzədir
    • 11-10-2023, 18:41
    • 344

İsrail beş cəbhədə müharibə ilə üz-üzədir

Yaxın Şərqdəki digər ölkələr və qruplaşmalar münaqişəyə birbaşa müdaxilə edərsə, İsrail beş cəbhədə müharibə aparmağa məcbur ola bilər. 

News24.az xəbər verir ki, bu barədə “Bild” qəzetinə “Le Beck” analitik mərkəzinin ekspertləri bildirib.

Nəşr yazır ki, İsrail ölkənin qərbində HƏMAS-la vuruşarkən və şimalda özünü Livan raketlərindən müdafiə edərkən, bu münaqişənin genişlənərək “beş cəbhədə müharibəyə” çevrilməsi təhlükəsi var.

Qəzet iddia edir ki, İsrail üçün potensial təhlükə uzun illərdir HƏMAS və Hizbullah terror təşkilatlarını maliyyələşdirən İrandan gəlir. 

Bild-in yazdığı kimi dördüncü və beşinci cəbhəni İordan çayının qərb sahilindəki fələstinli qruplar və Suriyadakı iranlı yaraqlılar aça bilər. Bundan əlavə, analitik mərkəzin ekspertləri İraq və ya Yəmənin münaqişəyə cəlb olunma təhlükəsini istisna etmirlər, lakin bu nəzəriyyəni hələ də ciddi hesab etmirlər.

Aynurə