-
- 11-10-2023, 20:26
- 300
Gəncədə tüfeyli həyat tərzi keçirənlər saxlanıldı
Gəncə şəhərində tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.
Təbir zamanı ümumilikdə 28 nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbələrinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.