Şuşada “Dövri səda” adlı konsert proqramı təşkil edilib
Mədəniyyət
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, TÜRKSOY-un və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun ilk günü başa çatıb.
News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, günün sonunda forum iştirakçıları üçün “Dövri səda” adlı konsert proqramı təşkil edilib.
Konsert tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Forum oktyabrın 14-dək davam edəcək.