-
- 25-03-2019, 15:52
- 2 264
Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"
“Ermənistanın baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyində qapalı toplantı keçirir”.
News24.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O, Paşinyanın böyük ehtimalla ordu daxilindəki vəziyyətdən narahat olduğunu bildirib:
“Hərbçilərlə komandirlər arasında münasibətlər sistemində ciddi problemlər var. Hərbçilərin hərbi hissəni tərk edərək etiraza baş vurmaları müharibə vəziyyətində olan dövlət üçün ciddi siqnaldır. Həmçinin İrəvandakı “Əsgər anaları” komitəsi də fəallığını azaltmır, gənclərin Dağlıq Qarabağda xidmətinə etiraz edir. Paşinyan oğlunu Dağlıq Qarabağa xidmətə göndərəndə elə bilirdi ki, bununla siyasi xal qazanacaq və başqalarına nümunə olacaq. Olmadı”.
Elxan Şahinoğlu qeyd edib ki, düşmənin təmas xəttində nə qədər çox itkisi olarsa, biz Ermənistan ordusunda və cəmiyyətində daha çox təlatümlərin şahidi ola bilərik.
Sevinc YASİNQIZI