Müəllim şagirdin saçını YOLDU
    • 17-10-2023, 12:22
    • 441

Müəllim şagirdin saçını YOLDU

Kobuleti şəhər 2 saylı ictimai mətkəbinin gürcü dili və ədəbiyyatı fənnini tədris edən müəllim məktəbdən kənarlaşdırılıb.

News24.az bu barədə yerli mətbuata istinadən xəbər verir.

Bildirilib ki, müəllimin məktəbdən kənarlaşdırlmasına səbəb, onun şagirdlə pis rəftarı və şagirdin saçını dartması olub.

Məlumata əsasən, şagirdlə müəllim arasında baş verən hadisəni mobil telefonla çəkən digər şagirdlər daha sonra videonu sosial şəbəkələrdə paylaşıblar.

Müəllimin məktəbdən uzaqlaşdırılması barədə xəbəri məktəb direktoru mətbuata verdiyi açqılamasında təsdiqləyib.

Aynurə