Mətbuat katibi psixoloqun AYB-yə qəbulundan DANIŞDI
    • 19-10-2023, 15:20
    • 401

Mətbuat katibi psixoloqun AYB-yə qəbulundan DANIŞDI

Xəbər verdiyimiz kimi, psixoloq Xatirə Səfərova Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlüyünə qəbul olunması ilə bağlı paylaşım edib. O, bu barədə  sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda qeyd olunub:

“Azərbaycan Yazıçılar Birliyinə üzv seçildim. Ən böyük uğurlarımdan biri oldu...”

Psixoloqun Aərbaycan Yazıçılar Birliyinə üzv seçilməsi birmənalı qarşılanmayıb.

Əsasən də Elza Seyidcahanın bu birliyə üzv seçilməsindən sonra ikinci sensassiya hesab edilib.

Bu məsələyə münasibətini öyrənmək üçün Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza ilə əlaqə saxladıq. 

Xəyal Rza News24.az-a isə psixoloqun üzv seçilməsindən xəbərsiz olduğunu və bu məlumatı bizdən öyrəndiyini dedi.

Ülkər Abdurahmanlı