Ramil Usubov yeni rəis təyin edib
    • 27-03-2019, 11:30
    • 1 744

Ramil Usubov yeni rəis təyin edib

Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinə rəis təyin edilib.

News24.a
z oxu.az-a istinadən bildirir ki, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Ramil Baloğlanov təyinat alıb. O, bundan əvvəl Maliyyə-plan idarəsinin rəis müavini vəzifəsində çalışıb. 

İdarədən məlumatı təsdiqlənib.

Qeyd edək ki, bir müddət əvvəl Ramil Usubovun əmrinə əsasən, DİN-in Maliyyə-plan idarəsinin rəisi, polis polkovniki Səxavəddin Abdullayev təqaüdə göndərilib.