Narkotik alverində təqsirləndirilən qadın azadlığa BURAXILDI
    • 20-10-2023, 11:09
    • 206

Narkotik alverində təqsirləndirilən qadın azadlığa BURAXILDI

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən Nailə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N. Əliyevanın cinayətdə iştirakı sübuta yetirilməyib və o məhkəmə zalından azadlığa buraxılıb. 

İttihama görə, N.Əliyeva Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı keçirilən əməliyyat zamanı saxlanılıb. 

Samir Əli