-
- 20-10-2023, 12:19
- 158
"Azərbaycan heç bir ölkəyə hesabat vermək məcburiyyətində deyil"
“Azərbaycan torpaqlarında antiterror tədbirləri həyata keçirdiyinə görə hansısa ölkələrə hesabat vermək məcburiyyətində deyil".
News24.az xəbər verir ki, bunu deputat Musa Qasımlı parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bu gün Azərbaycan onların səlib yürüşlərinə son qoydu:
"30 ildə xalqımıza qarşı törədilən cinayətlərə, soyqırımlarına niyə səs çıxarmayıblar? Hər birimiz bilməliyik ki, bundan sonra Azərbaycan əleyhinə qərarlar qəbul olunacaq. Bu baxımdan, xalqımız, diasporamız bütün bunlara hazırlıqlı olmalı və bu cür hallarda yerindəcə lazımi cavablarını verməlidirlər”.
Fərid Azəri