-
- 20-10-2023, 13:00
- 255
"Zahid Oruc "4-cü respublikanı" izah etsin" - Siyavuş NOVRUZOV
"Zahid Oruc hansı əsaslara görə 4-cü respublikanın qurulduğunu izah etsin".
News24.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O əlavə edib ki, bu, dövlət üçün vacib məsələdir:
“Tarix birdir, tarixi inkişaf etdirən də birdir, ərazini işğaldan azad edən bəllidir. Bizim 4-cü respublikamız hələ olmayıb. Mən heç arzu da etmirəm ki, 4-cü respublikamız olsun. Çünki artıq var olan 3-cü respublikamız torpaqlarımızı işğaldan azad edib”.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc 4-cü respublikanın Qələbə tarixini milli “Müstəqillik günü” kimi rəsmiləşdirməyi təklif edib.
Fərid Azəri