DİN ƏMƏLİYYAT KEÇİRDİ: 82 NƏFƏR SAXLANILDI
    • 20-10-2023, 13:25
    • 332

DİN ƏMƏLİYYAT KEÇİRDİ: 82 NƏFƏR SAXLANILDI

Oktyabrın 19-da keçirilən növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 51 fakt aşkar edilib.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

İctimai yerlərdə narkotik maddələrin təsiri altında olan 82 nəfər saxlanılıb.

Narkotik vasitələrin qrup halında qəbul edildiyi daha 5 məkan müəyyən olunub. Qanunsuz dövriyyədən 5 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb. Bundan əlavə saxlanılan şəxslərdən 1 ədəd “Kalaşnikov” avtomatı, 4 ədəd patron və patron darağı aşkar olunaraq götürülüb. Aşkarlanan faktlarla bağlı əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri tədbirlər davam etdirilir.