-
- 20-10-2023, 15:38
- 334
"Fələstindən sonra növbə sizə gələcək" - İsraildən Rusiyaya HƏDƏ-QORXU
İsrailin hakim Likud Partiyasından olan Amir Weitmann “Russia Today” telekanalına müsahibəsində Moskva administrasiyasını təhdid edib.
News24.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.
O, Rusiyanın İsrailə olan münasibətindən bəhs edib.
"Burada işimiz bitəndən sonra növbə Rusiyaya çatacaq. Rusiya İsrailin düşmənlərinə kömək etdiyi üçün ağır bədəl ödəyəcək".
“Rusiya bizə qarşı soyqırım törətmək istəyən nasist xalqını dəstəkləyir. Bəlkə bir az vaxt aparacaq, amma biz bu müharibədə qalib gələcəyik. Bundan sonra Rusiyanın etdiklərini unutmayacağıq”-deyə, o sözlərini tamamlayıb.
Ülkər Abdurahmanlı