Şəhidimiz dəfn olunur - FOTO
    • 27-03-2019, 11:51
    • 788

Şəhidimiz dəfn olunur - FOTO

Martın 26-da Ermənistan tərəfinin bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində şəhid olmuş Azərbaycan ordusunun əsgəri Əlləzov Əlləz Ələddin oğlunun nəşi doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndindəki evinə gətirilib.

News24.az xəbər verir ki, mərasimdə mərhumun yaxınları, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Müdafiə Nazirliyinin nümayəndələri və kənd sakinləri iştirak edir. 

Dəfn mərasimində böyük izdiham müşahidə edilir.