Rusiya-Gürcüstan sərhədində mərmi AŞKARLANDI
    • 20-10-2023, 17:39
    • 153

Rusiya-Gürcüstan sərhədində mərmi AŞKARLANDI

Rusiya və Gürcüstan arasında yerləşən "Yuxarı Lars" keçid məntəqəsində qumbaraatan mərmisi aşkar edilib.

News24.az yerli mətbuata istinadən xəbər verir ki, Şimali Osetiyada "Yuxarı Lars" nəzarət-buraxılış məntəqəsinin şimal tərəfində ekskavator yolu genişləndirmək üçün işləyərkən “VOQ-25” tipli qumbaraatan mərmisi tapılıb.

Hadisə yerinə ekspertlər cəlb olunub, mərmi zərərsizləşdirilib.

Rusiya hüquq mühafizə orqanları mərminin Rusiya-Gürcüstan sərhədinə necə düşdüyünün məlum olmadığını bildirib.

Aynurə