“Heydər Əliyev və Azərbaycanda multikultural dəyərlər” mövzusunda konfrans keçirilib
    • 22-10-2023, 16:23
    • 224

“Heydər Əliyev və Azərbaycanda multikultural dəyərlər” mövzusunda konfrans keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Şimal Regional Mərkəzinin, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda multikultural dəyərlər” mövzusunda konfrans keçirilib.

News24.az  xəbər verir ki, bu barədə Ombudsman Aparatından bildirilib.

Tədbirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Ombudsmanın Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, tələbələr və könüllülər iştirak ediblər.

Konfransda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, multikulturalizm sahəsində də gördüyü mühüm işlərin bu gün uğurladavam etdirilməsindən bəhs olunub. Ulu Öndərin Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multkulturalizmin əsas bazası olan Azərbaycançılıq prinsipini milli idealogiya kimi irəli sürdüyü qeyd edilib.

Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.