İsrail hərbçiləri HƏMAS-ın pusqusuna düşdü
    • 22-10-2023, 20:30
    • 267

İsrail hərbçiləri HƏMAS-ın pusqusuna düşdü

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadası Qəzza sərhədində İsrailə məxsus bir tankı və iki buldozeri məhv edib.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə qruplaşmanın bəyanatında deyilir.

Bildirilib ki, İsrail hərbçiləri Xan-Yunisdən şərqdə Qəzzaya bir neçə metr daxil olaraq pusquya düşüblər:

“Döyüşçülər içəri daxil olan qüvvələrlə vuruşaraq iki buldozer və bir tankı məhv edib və qüvvələri geri çəkilməyə məcbur ediblər”, - məlumatda deyilir.