Bakıda tanınmış şəxs küçədə insult keçirdi: huşunu itirib yıxıldı - FOTO
    • 23-10-2023, 09:55
    • 387

Bakıda tanınmış şəxs küçədə insult keçirdi: huşunu itirib yıxıldı - FOTO

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, publisist Balayar Sadiqin səhhəti pisləşib.

News24.az Trend-ə istinadən xəbər verir ki, bu gün 28 May metrosunun yaxınlığında o huşunu itirərək yerə yıxılıb. Ətrafdakı insanlar onun köməyinə gəlsələr də, şairin huşunun özünə gəlmədiyi məlum olub.

Nitqini itirdiyi bildirilən şair hadisə yerinə çağırılmış təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb. Bildirilib ki, vətəndaş Əliyev Balayar Sadiqoğlu huşsuz vəziyyətdə 22.10.2023-cü il tarixində Təcili Tibbi Yardım avtomobili ilə TƏBİB-in tabeliyində Kliniki Tibbi Mərkəzə gətirilib.

"O, Kliniki Tibbi Mərkəzə gətirildikdən sonra komputer tomoqrafiyası edilib. Həkimlərin müayinəsinə əsasən ona işemik insult diaqnozu qoyulub. Nitqində problem yaranıb. Hazırda o reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir", - deyə Mərkəzdən bildirilib.

Qeyd edək ki, B.Sadiq 1965-ci ildə Lerik rayonunda anadan olub.