Anasını bıçaqlayan yeniyetmə vəzifəli şəxsin oğludur - YENİLƏNİB
    • 23-10-2023, 11:19
    • 197

Anasını bıçaqlayan yeniyetmə vəzifəli şəxsin oğludur - YENİLƏNİB

Qafqazinfo-nun məlumatına görə, hadisə dövlət qurumlarından birinin şöbə rəisi vəzifəsində işləyən və yüksək rütbə daşıyan N.H-nin ailəsində baş verib. Hadisəni törədən oğlan vəzifəli şəxsin oğlu, bıçaqlanan qadın isə onun həyat yoldaşıdır.

***

Ağdaşda 17 yaşlı oğlan anasını bıçaqlayıb.

News24.az "Report"a istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Kamran Heybətli ailə münaqişəsi zəminində anası 1981-ci il təvəllüdlü Sevil Heybətovaya yaşadıqları evin mətbəxində bıçaqla xəsarət yetirib.

K.Heybətli yaralı anasını xəstəxanaya aparıb.

Faktla bağlı araşdırma aparılır.