-
- 23-10-2023, 15:50
- 168
Məşhur müğənniyə AĞIR İTKİ – FOTO
Müğənni Yeliz Yeşilmenin 25 ildir parkinson xəstəliyi ilə mübarizə aparan atası Cemal Yeşilmen dünyasını dəyişib.
News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.
Yeşilmenin atası Cemal Yeşilmen 1,5 ildir reanimasiyada müalicə olunduqdan sonra bu gün vəfat edib.
Müğənni bu xəbəri instagram hesabında paylaşıb.
Paylaşımda qeyd olunub:
“Atam 25 ildir ki, parkinson xəstəliyindən əziyyət çəkirdi və zəlzələdə evini itirəndən sonra vəziyyəti daha da pisləşdi. İndi o cənnətdədir”.
"O bu gün ikindi namazı ilə Adana Kabasakal qəbiristanlığında torpağa tapşırılacaq"- deyə, müğənni paylaşımını sonlandırıb.
Ülkər Abdurahmanlı