Qəzzada ölən jurnalistlərin sayı ARTDI
    • 23-10-2023, 16:34
    • 204

Qəzzada ölən jurnalistlərin sayı ARTDI

İsrail-Həmas müharibəsində həyatını itirən jurnalistlərin sayı günü-gündən artır.

Oktyabrın 7-dən İsrail ordusunun blokadada saxladığı Qəzza zolağına hücumlarda həyatını itirən jurnalistlərin sayı 23-ə yüksəlib.

News24.az xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi açıqlama verib.

Açıqlamada həyatını itirən jurnalistlərdən 19-nun Fələstinli, 3-nün İsrailli, 1-nin Livanlı olduğu  və hücumların başladığı gündən bu yana isə  8 jurnalistin yaralandığı bildirilib.

CPJ-nin Yaxın Şərq və Şimali Afrika koordinatoru Şerif Mənsur  dünyanın hər yerindən gələn jurnalistlərin “ürək parçalayan” münaqişəni işıqlandırmaq üçün böyük fədakarlıqlar etdiyini və jurnalistlərin təhlükəsizliyinin təmin edilməli olduğunu vurğulayıb.

Ülkər Abdurahmanlı