Bu ölkədə məmurların maaşı ARTACAQ
    • 23-10-2023, 16:24
    • 346

Bu ölkədə məmurların maaşı ARTACAQ

Gələn ilin büdcəsində Dövlət sektorunda işləyənlərin əməkhaqqına 282 milyon lari daha çox əlavə olunacq və beləliklə minimum əmək haqqı ən azı 1330 lari olacaq. 

News24.az xəbər verir ki, bu barədə “Transparency International – Georgia” təşkilatının 2024-cü il Dövlət büdcəsi layihəsinin təhlilində qeyd olunub.

Qeyd olunub ki, 282 milyon lari əlavə olunaraq, ümumilikdə 2024-cü ildə Dövlət sektoru personalları üçün ayrılacaq məbləğ 2,5 milyard lari təşkil edəcək.

“İnzibati xərclər, o cümlədən dövlət sektorunda əmək haqqı, mal və xidmətlərin alınması 367 milyon lari artıb. 2,5 milyard lari (artım 282 milyon) əmək haqqına, 2,2 milyard lari isə (artım 85 milyon) mal və xidmətlərin alınmasına xərclənəcək. Dövlət sektorunda çalışanların əmək haqqı 10% artacaq və ayda ən azı 1330 lari olacaq" , - məlumatda deyilir.

Qeyd edək ki, məmurların maaş artımı 2024-cü ilin yanvar ayından qeydə alınacaq. Bunu da qeyd edək ki, 2023-cü ilin əvvəlində də Dövlət sektorunda işləyənlərin maaşı 10 faiz artmışdı.

Aynurə