Sinem Kobal əri ilə tanış olduğu andan DANIŞDI - Qolumdan tutub çəkdi...
    • 24-10-2023, 13:04
    • 426

Sinem Kobal əri ilə tanış olduğu andan DANIŞDI - Qolumdan tutub çəkdi...

Məşhur aktrisa Sinem Kobal qatıldığı YouTube proqramında səmimi açıqlamalar verib. 2016-cı ildə Kenan İmirzalıoğlu ilə ailə quran Sinem Kobal tanış olduqları ilk andan və ərinə olan sevgisindən danışıb.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

Sinem Kobal 2016-cı ildə Cunda adasında baş tutan toyda həmkarı Kənan İmirzaloğlu ilə həyatını birləşdirib. 36 yaşlı Sinem Kobal 2020-ci ildə Lalinin dünyaya gəlməsi ilə ilk dəfə ana olmaq xoşbəxtliyini yaşayıb. Məşhur aktrisa 2022-ci ilin mayında ikinci qızı Leylanı dünyaya gətirib. Uzun müddətdir ekranlardan uzaq olan Sinem Kobal sonuncu dəfə YouTube-da yayımlanan “İbrahim Səlimlə bu gecə” verilişində görünüb.

Sinem Kobal Kənan İmirzalıoğlu ilə görüşdükləri andan və ərinə olan sevgisindən danışıb:

"Yadımda deyil. Onu görən kimi aşiq olduğum birisidir. İlk görüşümüzdə təbii ki, enerjisinə vurulmuşdum. Qolumdan tutub dartdı və məni o zamandan bəri heç buraxmadı..."

Aktrisa evlilik haqqında fikirlərini də bölüşüb:

"Məsələ əslində evlilik deyil. Məsələ həyatınızı birlikdə keçirmək istədiyiniz partnyorla yaşadıqlarınızla bağlıdır. Paylaşdığınız sevgi, hörmət və səy vacibdir. Bunlara sahibsinizsə, evlilik də gözəlləşir, tanışlıq da. Sırf evlənmək xatirinə evlənməyi düzgün görmürəm”-deyə, o fikirlərini sonlandırıb.

Ülkər Abdurahmanlı