-
- 24-10-2023, 20:00
- 331
Daha bir klinika qanunsuz işçi ÇALIŞDIRIB
Bakıda klinika barəsində qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə cərimə protokolu yazılıb.
News24.az xəbər verir ki, Valyuta.az-ın məlumatına görə, "SR DENT" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Xalidə Əlisoyun icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.
Bu xətaya görə, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.