Aygün Bəylər xəstəxanaya yerləşdirildi - FOTO
    • 25-10-2023, 14:57
    • 583

Aygün Bəylər xəstəxanaya yerləşdirildi - FOTO

Onkoloji xəstəlikdən əziyyət çəkən Əməkdar artist Aygün Bəylər xəstəxanaya yerləşdirilib. 

News24.az xəbər verir ki, bu haqda şairə Nazilə Səfərli sosial şəbəkə hesabında məlumat yayıb. 

Səfərli hazırda xəstəxanada olan xanəndə ilə fotosunu paylaşaraq “Tez sağalın, əvəzsiz sənətkar” qısa şərhini yazıb. 

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Aygün Bəylərlə əlaqə saxlayıb. 

Özünü sənətçinin yaxını kimi təqdim edən xanım bildirib ki, Aygün müalicəsi ilə bağlı bir sıra preparatları qəbul etmək üçün xəstəxanaya gedib. O, həmçinin əlavə edib ki, müğənni özünü yaxşı hiss edir. 

Qeyd edək ki, bir müddət əvvəl Aygün Bəylərdə xərçəng aşkarlanıb. Müğənni bir neçə dəfə Türkiyədə müalicələr alıb və daha sonra sağaldığını açıqlayıb.