Bakıda iki qardaş yol qəzasında xəsarət alıb
    • 26-10-2023, 01:04
    • 124

Bakıda iki qardaş yol qəzasında xəsarət alıb

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki qardaş xəsarət alıb.

News24.az “Report”a istinadən xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Budaqov Nemət Namiq oğlu və onun qardaşı, 2002-ci il təvəllüdlü Budaqov Hikmət Namiq oğlu xəsarət alıb.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır .