-
- 28-03-2019, 14:46
- 863
“DOST xonçası” kampaniyası yekunlaşıb
Novruz bayramı ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başladığı “DOST xonçası” kampaniyası bayram günlərinin başa çatması ilə əlaqədar yekunlaşıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, milli bayramımız olan Novruzun bayramlaşmaq kimi nəcib bir adətini özündə ifadə edən bu kampaniya geniş miqyas aldı.
Bu da xalqımızın Novruz bayramı ilə bağlı yüksək mənəvi dəyərlərə sıx bağlılığının, eyni zamanda ölkəmizdə ahıl insanlara hörmət və qayğı ilə yanaşılmasının bir göstəricisi oldu.
Aksiyaya qoşulan 150-dən çox təşkilat və tanınmış şəxs tənha yaşayan insanları, xüsusilə ahıl vətəndaşları, həssas qruplardan olan digər vətəndaşları “DOST xonçası” ilə evlərində ziyarət edib.
Aksiyaya qoşulanların hər birinə bu nəcib addımlarına görə təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.