İrandan KRİTİK AÇIQLAMA: Nəzarət hər an itirilə bilər
    • 26-10-2023, 11:07
    • 124

İrandan KRİTİK AÇIQLAMA: Nəzarət hər an itirilə bilər

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsrailin Qəzzaya hücumlarının həyəcanverici həddə çatdığını və nəzarətin hər an bütün tərəflər tərəfindən itirilməsi ehtimalının olduğunu açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

"ABŞ və bəzi Avropa ölkələrinin sionist rejimə kor-koranə dəstəyi və Qəzza xalqına qarşı qırğın və soyqırımları ucbatından Qərbi Asiya regionunda vəziyyət bütün ölkələr üçün qorxulu səviyyəyə çatıb. 

Abdullahian  İsrailin hücumlarının ən qısa zamanda dayandırılmasının və Qəzzaya humanitar yardımların çatdırılmasının  əhəmiyyətini vurğulayıb.

İranlı nazir, fələstinli qrupların İsrailə qarşı öz torpaqlarını müdafiə etmək haqqının olduğunu və bunun beynəlxalq hüquq və Birləşmiş Ştatların şərtlərinə uyğun olduğunu xatırladıb.

Ülkər Abdurahmanlı