Keçmiş əri aktrisaya oğlunun toyunda iştirakına qadağa qoydu - FOTO
    • 28-03-2019, 15:15
    • 789

Keçmiş əri aktrisaya oğlunun toyunda iştirakına qadağa qoydu - FOTO

Hollivud ulduzları Nikol Kidman və Tom Kruzun evlilik vaxtı övladlığa götürdükləri oğulları Konnor Kruzun bu günlərdə toyu olacaq. 

News24.az
xarici mətbuata istinadən bildirir ki, modellə evlənəcək Konnorun toyunda analığı Nikol iştirak etməyəcək. Buna səbəb isə Tom Kruzdur. 

Toyun xərcini boynuna götürən aktyor oğluna ultimatum yollayıb. Bildirib ki, toyun xərcini ancaq bir şərtlə ödəyə bilər - Nikol toyda iştirak etməsə. Konnor atalığının şərtinə qarşı çıxmayıb. Nədən ki, valideyinləri boşandıqdan sonra Kidmanla demək olar ki, ünsiyyətdə olmayıb.

Xatırladaq ki, Nikolla Tom övladlığa götürdükləri oğlu Konnor və qızları İzabella cütlük boşandıqdan sonra ataları ilə yaşamağı seçiblər.