Su kanalında bir həftəlik körpə TAPILDI
    • 27-10-2023, 00:04
    • 397

Su kanalında bir həftəlik körpə TAPILDI

Kocaelinin İzmit rayonunda su kanalında 1 həftəlik qız uşağı tapılıb.

News24.az xəbər verir ki, bu barədə “Ntv haber” məlumat yayıb.

Kocaelinin İzmit rayonunda 1 həftəlik körpə qızı su kanalına qoyan qadının körpənin anası olduğu üzə çıxıb. Körpə vətəndaşlar tərəfindən tapılıb. Kocaeli Şəhər Xəstəxanasına çatdırılan körpənin sağlamlıq vəziyyətinin yaxşılaşdığı bildirilib. Polislər bölgədəki kameraları araşdıraraq körpəni tərk etdiyi müəyyən edilən ananı nəzarətə götürüb.

Körpəsini rəsmən ölümə buraxan ana qəsdən adam öldürmə cinayətinə görə ədliyyəyə sövq edilib.

Ülkər Abdurahmanlı